Bakı. Trend:
30 mart 2025-ci il tarixindən etibarən Heydər Əliyev BeynəlxalqAeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabrtarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir. Yenimövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsigenişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanıyaradılır.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumatverilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan geniş marşrutseçimi
Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər:
- Avropa: Berlin, Frankfurt, Paris,Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa,Budapeşt
- Yaxın Şərq: Doha, Təl-Əviv,Ər-Riyad, Ciddə, Maskat
- Türkiyə: İstanbul, Ankara,Antalya, İzmir, Bodrum, Dalaman
- Mərkəzi Asiya: Almatı, Astana,Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd
- Cənubi Asiya: Dehli, Mumbay,Lahor, İslamabad
- BƏƏ: Dubay, Əbu-Dabi,Şarja
- Digər istiqamətlər: Pekin,Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx
Tranzit qovşağının gücləndirilməsi
Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiyamərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılartəqdim etməyə davam edir. Yeni uçuş cədvəli çərçivəsində gözləməmüddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlərtəkmilləşdirilib və uçuş bağlantıları daha rahat şəkildəoptimallaşdırılıb. Bu, üçüncü ölkələrə səyahət edən sərnişinlərüçün daha əlverişli imkanlar yaradacaq.
Regional hava limanlarında genişlənən marşrutşəbəkəsi
Yaz-yay uçuş cədvəli çərçivəsində Azərbaycanın regional havalimanlarından uçuşların sayı artırılır və yeni istiqamətlər əlavəolunur:
Aeroport | İstiqamət | Aviaşirkət | Tezlik | Başlanğıc tarixi |
Naxçıvan | Bakı | AZAL | Gündə 8+ dəfə | Daimi |
Gəncə | AZAL | Həftədə 1 dəfə | 1 aprel | |
İstanbul | “Turkish Airlines” | Həftədə 2 dəfə | 1 aprel | |
İstanbul | “Ajet” | Həftədə 2 dəfə | 3 iyun | |
Moskva | “Utair” | Həftədə 1 dəfə | 3 aprel | |
Gəncə | İstanbul | “Turkish Airlines” | Həftədə 2 dəfə | 1 aprel |
İstanbul | “Ajet” | Həftədə 2 dəfə | 3 iyun | |
İstanbul | “Pegasus” | Həftədə 2 dəfə | 1 aprel | |
Moskva | “Aeroflot” | Həftədə 1 dəfə | 30 mart | |
Moskva | “Utair” | Gündəlik | 30 mart | |
Moskva | AZAL | Həftədə 3 dəfə | 31 mart | |
Moskva | “Ural Airlines” | Həftədə 3 dəfə | 3 aprel | |
Sankt-Peterburq | AZAL | Həftədə 1 dəfə | 31 may | |
Lənkəran | Moskva | “Utair” | Həftədə 1 dəfə | 5 aprel |
Qəbələ | Əbu-Dabi | “Wizz Air Abu Dhabi” | Həftədə 3 dəfə | 19 iyun |
Füzuli | Bakı | AZAL | Həftədə 2 dəfə | Daimi |
Sərnişinlərə tövsiyələr
Yay mövsümündə uçuşlara tələbatın yüksək olacağını nəzərəalaraq, sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyəolunur. Hava limanında vaxt itkisinin qarşısını almaq və rahatsəyahət etmək üçün öncədən onlayn qeydiyyatdan, eləcə də havalimanında yerləşən özünəxidmət köşklərindən (Self Check-In vəSelf-service Baggage Drop-Off) istifadə etmək mümkündür.
Bundan əlavə, sərnişinlərə planlaşdırdıqları səfərlərdən öncəcari uçuş cədvəlini yoxlamaları və mümkün dəyişikliklər barədəmüvafiq aviaşirkətlərin rəsmi vebsaytlarından məlumat almalarıtövsiyə olunur.