Bakı. Trend:
Fransanın müstəmləkəçilik siyasəti xalqların dini və millikimliyinin məhvinə gətirib çıxardı, onları təkcə azadlıqdan deyil,həm də mahiyyətindən məhrum edib.
Trend xəbər verirki, bunu bu gün Dekolonizasiya və Sosial Azadlıq Hərəkatının üzvü(Fransız Qvianası) Dominik Monte Bakı Təşəbbüs Qrupununtəşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli KimliyinSilinməsi" adlı beynəlxalq konfransda deyib.
"Müstəmləkəçilik sistemi xalqların sərvətlərini oğurlamaqlayanaşı, onları mədəniyyətdən, adət-ənənələrdən, dillərdən məhrumetdi. Biz təkcə azadlığımızı yox, kimliyimizi də itirdik. Bizə nəad, nə mədəniyyət, nə adət-ənənə qoyub getdilər. Bizə yad dəyərlərtəlqin edildi və biz öz tarixini və mədəniyyətini bizə həvalə edəncəmiyyətin bir hissəsi olduq ", - o deyib.
Dominik Monte vurğulayıb ki, 1946-cı ildə departamentləşmədənsonra Qərb həyat tərzi tətbiq olundu və fransızlar yerli xalqlarayad olan həyat modelini təbliğ etməyə başladılar. MəktəblərdəFransanın tarixi və mədəniyyəti tədris olunmağa başladı ki, bu datam assimilyasiya prosesinə gətirib çıxardı.
"Lakin, Fransız Qvianasının bir çox sakinləri indi öz afrikalıkimliklərini axtarır, öz köklərinə qayıdırlar. İnanca, əcdadlarıntarixinə, adət-ənənələrinə həsr olunmuş daha çox konfranslarımızvar. Çoxları özlərini afro-diasporik adlandırırlar və bu, özşəxsiyyətlərini bərpa etmək yolunda mühüm addımdır", - o əlavəedib.