Bu ilin ilk Günəş tutulması baş verib.
News24.az xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.
Tutulma bu gün 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.
Bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.