AZ

Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb

Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magist tələbəsi, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Seçilən
24
11
apa.az

10Mənbələr