AZ

“Melissa Group” tikinti şirkətinin əməkdaşı, ekskavotorun sürücüsü həbs edilib

Bakı. Trend:

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “MelissaGroup” tikinti şirkətinin əməkdaşı, ekskavotorun sürücüsü QalaEynullayevlə bağlı məhkəməyə təqdimat daxil olub.

Trend xəbərverir ki, tədimata Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanınsədrliyi ilə baxılıb.

İstintaq orqanının təqdimatı təmin olunub və qərar qəbul olunub.Qərara əsasən, təqsirləndirilən şəxs barəsində 1 ay müddətinəhəbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla,partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və yaağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəlisürülüb.

Məqalədə:
Seçilən
71
az.trend.az

1Mənbələr