AZ

Kompani “Bayern”in zədəli futbolçularından danışdı

“Bayern”in baş məşqçisi Vensan Kompani özünün “X” sosial şəbəkə hesabı üzərindən zədəli futbolçuları ilə bağlı vəziyyəti şərh edib.

Arena.az məlumat verir ki, söhbət 24 yaşlı kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvis və 26 yaşlı fransalı mərkəz müdafiəçisi Dayoçankul Upamekanodan gedir.

“Deyvis və Upamekanoya çox acıyıram. Onlar mövsümün bu vacib hissəsində iştirak edə bilməyəcəklər. Ümidvaram ki, bu məqam komandanı daha da kipləşdirəcək. Müvafiq vəziyyətlərə necə qarşılıq verməyiniz vacibdir. Biz ö məqsədlərimizə müvəffəq olmaq üçün, hər şey edəcəyik”, deyə Kompani vurğulayıb.

26 oyundan 62 xal toplamış “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinə başçılıq edir.

Seçilən
113
arena.az

1Mənbələr