Məlum olduğu kimi, “Real”ın baş məşqçisi Karlo Ançelotti aprel ayının 2-də Madrid məhkəməsi qarşısında ifadə verəcək.
Arena.az xatırladır ki, italyan mütəxəssis 2014-2015-ci illər aralığında vergidən yayınmaqda ittiham edilir və 4 il 9 aylıq həbs cəzası ilə üz-üzədir.
“Mən məhkəməyə getməliyəm. Çərşənbə günü mən bunu etməliyəm. Ancaq bu, müzakirə üçün mövzu deyil. Növbəti həftə prokurorluğun apellyasiyası baxışdan keçiriləcək. Mən birinci məhkəmə çəkişməsini qazanmışam. Qanuna və ədalətə tamamilə etibar edirəm. Narahat olmuram, amma dələduzluq etdiyimi deyəndə, bu, məni qıcıqlandırır”, – AS dərgisi italyan mütəxəssisin incik halda səsləndirdiyi fikirdən sitat gətirir.
Xatırladaq ki, Karlo Ançelotti 2014-2015-ci illər aralığında 1062079 avro məbləğində vergi ödənişini etməməkdə təqsirli bilinir. Ehtimal edilir ki, məhkəmədə sözügedən məqamlar çözüləcək və müvafiq məsələ uzun-uzadı çəkişməyə keçməyəcək.