"Bayern Münhen" təcrübəli futbolçusu Tomas Müller ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, yayda klubu ilə müqaviləsinin müddəti bitəcək hücumameyilli yarımmüdafiəçi ilə anlaşma yenilənməyəcək.
Qeyd edək ki, Müller 2009-cu ildən "Bayern"in əsas komandada çıxış edir. O, Almaniya nəhənginin forması ilə indiyədək 741 matça çıxaraq 247 qol və 273 məhsuldar ötürmə ilə yadda qalıb.