Cevdet Yılmaz Mehriban Əliyevanı
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.Metbuat.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Birinci vitse-prezident,Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm.Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram".


