Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi Türkiyənin "Çorum" klubu bu gün növbəti matçına çıxıb. 

Offsideplus.az xəbər verir ki, həmyerlimizin komandası Türkiyə I Liqasında səfərdə "Pendikspor"la qarşılaşıb. 

Birinci hissədə 2 qol vuran "Çorum" fasilədən sonra qələbəni əldən verib.

Çoşqun məhz ikinci hissənin əvvəlində meydançaya daxil olub. Ancaq onun çıxışı komandasına uğur gətirməyib.

Vacib iki xal itirən "Çorum" hazırda 7-ci pillədə qərarlaşıb.