Tailandda bir gündə 100-dən çox yeraltı təkan qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamenti məlumat yayıb.
Bildirilib ki, bu, Myanmada baş verən zəlzələdən sonra qeydə alınan afterşoklardır. Ümumilikdə 101 zəlzələ qeydə qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 1,0 ilə 7,0 arası dəyişib.
Xatırladaq ki, ötən gün Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.
Bizim.Media