Türkiyə I Liqasında XXXI turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi “Çorum” səfərdə “Pendikspor”la qarşılaşıb. Görüş 2:2 hesabla başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Coşqun, 46-cı dəqiqədə Atakan Cangözün yerinə meydana daxil olub.
Aktivində 46 xalı olan “Çorum” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.