AZ

Berezutski: “Daha yaxşı oynayan tərəf biz idik”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Masazır təmsilçisinin çalışdırıcısı 3:3 hesablı heç-heçədən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bu gün azarkeşlər üçün çox maraqlı oyun alındı. Hər iki komanda qollar vurdu. Daha yaxşı oynayan tərəf biz idik. Amma əfsuslar olsun ki, qapımızda asan qollar gördük.

Bu qədər heç-heçə etməyimizin səbəbini bilsəydim, deyərdim. Bu gün müdafiədə səhvlər etdik. Bunun nəticəsində qollar buraxdıq. Hər oyunun öz hekayəsi var. Müdafiədə daha yaxşı olmalıyıq”.

Berezutski heyətdəki itkilərdən və çempionatdakı şanslarından da söhbət açıb:

“Bəzi oyunçularımızın kiçik zədələri var idi. Onlar komanda ilə bir-iki məşq etmişdilər. Düşünürəm ki, onlar kubok matçına hazır olacaqlar. Çempionatdakı iddiamızdan əl çəkməmişik. 3-4-cü yerlər uğrunda hər oyunda mübarizə aparacağıq. Riyazi olaraq şansımız var”.

“İndi qol epizodlarından daha yaxşı istifadə edirik” – Vaqif Cavadov

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə heç-heçəyə belə şərh verib:

“Çox yaxşı oyun oldu. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gələ bilərdi. Amma məncə, 3:3 ədalətli nəticə idi. “Sabah”a uğurlar arzulayıram. Biz də yolumuza davam edəcəyik.

Komnandada böyük dəyişiklik yoxdur. Sadəcə, futbolçulara özünəinam gəldi və qol epizodlarından daha yaxşı istifadə edirik. Ona görə də qollar vururuq. Komandama təşəkkürümü bildirirəm. İkinci oyundur ki, xarakter göstəririk və məğlub durumdan çıxa bilirik. Futbolçularıma güvənirəm. Onlara təşəkkür edirəm. Komandanın istəyi, ruhu çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik”.

Seçilən
46
arena.az

1Mənbələr