Bu barədə "Football-plus.az"a klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib. O, saytımızın oyunçunun son durumuyla bağlı sorğusunu belə cavablayıb:
"Marandiçi üçmərhələli müalicə prosesindən keçməliydi. Hazırda Portuqaliyada yerləşən, böyük futbolçuların müayinə olunduğu Xüsusi Fizioterapiya İnstitutunda müalicəsini davam etdirir. Prosesin ikinci mərhələsi tamamlanmaq üzrədi. Sonuncu mərhələ ölkəmizdə reallaşacaq. İndi durumu yaxşıdı. Klubumuzun həkimləri daim Marandiçi ilə əlaqə saxlayır".
Xatırladaq ki, moldovalı futbolçu dekabrın 3-də ölkə kubokunun 1/8 final mərhələsində - “Sabah”la matçda Pavol Şafranko ilə mübarizə zamanı ciddi zədə alıb.KƏNAN BAHADIR