AZ

Bundesliqa: “Bayern”dən “Sankt Pauli” üzərində qələbə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Leypsiq”ə, “Ayntraxt” isə “Ştutqart”a minimal hesabla qalib gəlib. “Volfsburq” isə oxşar hesabla evdə “Haydenhaym”a uduzub.

“Hoffenhaym” – “Auqsburq” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Holştayn”la qarşılaşan “Verder” bu rəqibini 3 cavabsız qolla məğlub edib.

Lider “Bayern” də bu turda “Sankt Pauli” ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibinə çətinliklə qalib gələn Münhen təmsilçisi zirvədəki mövqeyini möhkəmləndirib.

27-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
27-ci tur
28 mart

Bayer – Boxum 3:1
Qollar: A.Qarsiya, 20. Bonifase, 60. A.Adli, 87 – Passlak, 26.

29 mart

Borussiya (Mönhenqladbax) – Leypsiq 1:0
Qol: Plea, 56.

Bayern – Sankt Pauli 3:2
Qollar: H.Keyn, 17. Sane, 53; 71 – Saad, 27. Ritska, 90+3.

Hoffenhaym – Auqsburq 1:1
Qollar: Kramariç, 71-pen – Essende, 46.

Holştayn – Verder 0:3
Qollar: Dukş, 25. Aqu, 59. Qrull, 90+3.

Volfsburq – Haydenhaym 0:1
Qol: Pyeringer, 16-pen.

Ayntraxt – Ştutqart 1:0
Qol: Götse, 71.

30 mart

17:30. Frayburq – Union Berlin
19:30. Borussiya (Dortmund) – Maynts

Seçilən
29
arena.az

1Mənbələr