Bakı. Trend:
Əfqanıstanın ali dini lideri Heybətullah Axundzadə Ramazanbayramı münasibətilə əfv fərmanı imzalayıb.
Trend xəbər verirki, bu fərmana əsasən, 2500-ə yaxın məhbus azadlığa buraxılıb.
Əfqanıstan Ali Məhkəməsinin Mətbuat Xidmətinin məlumatına görə,Silahlı Qüvvələrin başçısı Əbdül Hakim Həqqaninin göstərişi ilə2463 nəfər həbsxanalardan azad edilib, daha 3152 məhbusun isəcəzası yüngülləşdirilib.