“Nyukasl” İngiltərə Liqa Kubokunda qazandığı qələbəni azarkeşləri ilə birlikdə qeyd edib.
Publika.az xəbər verir ki, “Nyukasl” 70 ildə komandanın ilk milli kubokunu qeyd etmək üçün parad keçirib.
Komanda üstü açıq avtobusda şəhəri gəzib. Yürüş “Sent Ceyms Park” stadionunda başlayıb və səhnənin yerləşdiyi “Taun-Mur” Parkında başa çatıb.
Paradda 150 minə yaxın azarkeş iştirak edib.