Bakı. Trend:
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədovaməktub ünvanlayıb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, məktubda deyilir:
"Hörmətli Baş nazir, əziz qardaşım, doğum günüm münasibətiləgöndərdiyiniz səmimi təbrik məktubunuz üçün Sizə təşəkkür etməkistəyirəm. Qarşılıqlı yüksək səviyyəli intensiv səfərlərimiz vətəmaslarımız, ölkələrimiz arasında müstəsna qardaşlıqəlaqələrimizin və gündən-günə inkişaf edən əməkdaşlığımızın ruhunuəks etdirir. Prezident İlham Əliyevin bir müddət əvvəl ölkəmizəsəfəri və səfər zamanı açılışını etdiyimiz İğdır-Naxçıvan QazKəməri bunun ən bariz nümunələrindən birini təşkil edir. CanAzərbaycanla bütün sahələrdə əməkdaşlığımızı və həmrəyliyimizi həmikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda və regionalmexanizmlərdə nümunəvi səviyyədə davam etdirməkdən məmnunuq.Münasibətlərimizi strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinəçıxaran Şuşa Bəyannaməsi bizim "Bir millət, iki dövlət" prinsipiilə inkişaf etdirdiyimiz qardaşlığımızın yeni nişanəsinə çevrilib.Şuşa Bəyannaməsi ilə yüksək səviyyəyə çatdırdığımız sarsılmazdostluq və qardaşlıq tellərindən aldığımız güc-qüvvə ilə işğaldanazad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi işinəhər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha qeyd etməkistəyirəm.
Fürsətdən istifadə edərək, Sizi və ailənizi Mübarək Ramazanbayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və qardaşAzərbaycan xalqına can sağlığı, əmin-amanlıq və firavanlıqarzulayıram".