Xabi Alonsonun gələcək karyerası ilə bağlı növbəti xəbər yayılıb.
“Bayer-04”ün baş məşqçisi azı daha bir mövsüm vəzifəsində qala bilər. “Get German Football News” nəşrinin məlumatına görə, ispaniyalı mütəxəssis indi tamamilə növbəti mövsüm üçün heyətin formalaşdırılmasına fokuslanıb.
Bundan əlavə, 43 yaşlı məşqçi Almaniya klubunun rəhbərlərinə mövsümün sonunda getmək istəməsi ilə bağlı heç nə deməyib. Xəbərdə qeyd olunur ki, “Real”ın rəhbərliyi hələ də Alonso ilə maraqlanır. Lakin Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin mövsümün sonunda gedəcəyi dəqiq deyil.
Yeri gəlmişkən, Alonsonun “Bayer-04” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta