Rusiyada Arxangelsk vilayəti administrasiyasının başçısının müavini xokkey oynayarkən dünyasını dəyişib.
AzPost SHOT-a istinadən bildirir ki, bir gün əvvəl 66 yaşlı Vladimir Ananyev İdman Sarayında regional hökumət komandasının tərkibində T-54 komandası (Arxangelsk vilayəti Xokkey Federasiyası) ilə xokkey oyununda iştirak edib.
Matçın 19-cu dəqiqəsində Ananyev özünü pis hiss edib və buz üstə yıxılıb. Hakim həkimləri çağırıb, məmur dərhal xəstəxanaya yerləşdirilib, lakin onu xilas edə bilməyiblər.
Ölümün səbəbləri hələlik ekspertlər tərəfindən müəyyən edilməyib.