"Barselona" klubu polşalı qapıçısı Voytsex Şensnı ilə müqaviləsinin müddətini uzatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər şifahi razılığa gəliblər. Yekun təfərrüatları müzakirə etdikdən sonra qapıçı 2026-cı ilin iyun ayına kimi müddətə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Barselona" təcrübəli qapıçı ilə 2024-cü ilin oktyabr ayının əvvəlində, kataloniyalıların əsas qapıçısı Mark-Andre ter Ştegen ciddi zədə aldıqdan sonra bir illik müqavilə imzalayıb.
34 yaşlı qolkiper bu mövsüm artıq 17 oyun keçirib. O, 16 qol buraxıb və 9 matçda qapısını təmiz saxlayıb.
Mirağa