AZ

"Bizə bu bir xal vacib idi" - Elvin Məmmədov

Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Kəpəz" ilə qarşılaşan "Səbail"in baş məşqçisi Elvin Məmmədov oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 1:1 hesabı ilə yekunlaşan oyundan sonra təşkil olunan mətbuat konfransında belə danışıb:
"İlk növbədə bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm.
Bilirdik ki, çətin olacaq. Bu gün bizə bu xal vacib idi. Ancaq bura 1 xal yox, qələbə üçün gəlmişdik. Komandanı ilk növbədə psixoloji cəhətdən hazırlamaq lazımdır. Komanda uduzduqca, xal itirdikcə futbolçuların psixoloji durumu korlanır. Özüm də futbolçu olmuşam, bunu yaxşı bilirəm. Çempionat davam edir. Geriliyi aradan qaldırmağa çalışacağıq. Futbolçularımın hər birinə güvənirəm".

Mirağa

Seçilən
16
fanat.az

1Mənbələr