AZ

Gürcüstanın iqtisadi proqnozu – «sabit»dən «mənfi»yə keçirildi - «SİYASİ RİSKLƏR BÖYÜKDÜR»

Moody's reytinq agentliyi Gürcüstan hökumətinin kredit reytinqləri üzrə proqnozunu «sabit»dən «mənfi»yə endirib. Eyni zamanda Agentlik ölkənin yerli və xarici valyutadakı uzunmüddətli reytinqini Ba2 səviyyəsində təsdiqləyib. 

FED.az xəbər verir ki, Agentliyin bu barədə açıqlamasında bildirilir ki, proqnozun «mənfi»yə endirilməsi Gürcüstandakı institusional və idarəetmə sahəsindəki möhkəmliyin pozulması ilə əlaqədardır. Bunun səbəbi isə ölkədə mürəkkəb daxili və geosiyasi proseslərin təsir etməsidir. 

Moody's reytinq agentliyi bildirir ki, son hadisələrdən sonra (etirazlardan sonra) idarəetmə institutları və idarəetmə daha da zəifləyə bilər, bu da vətəndaş cəmiyyətini daha da zəiflədə, eləcə də pul-kredit və makroiqtisadi siyasətin effektivliyini zəiflədə bilər. 

Bundan başqa, daxili siyasi risklər hələ də yüksək olaraq qalır. Bunu son vaxtlar baş verən siyasi etirazlar və ölkə cəmiyyətinin Avropa İttifaqı və Rusiyanın təsiri arasında bölünməsi də göstərir. 

İqtisadiyyatla bağlı «Mənfi» proqnozun verilməsi ölkədəki idarəetmə institutlarının gücünün azalması gözləntisi ilə bağlıdır. Belə ki, «Xarici agentlərin şəffaflığı haqqında» qanunun qəbul edilməsi və Gürcüstanın Avropa Birliyinə daxil olması ilə bağlı müraciətin dondurulması ölkədə indiyəədk aparılan islahatların nəticəsini şübhə altına alır. Balyuta Fondunun Gürcüstanla proqramını dayandırması isə mərkəzi bankın idarə edilməsi ilə bağlı suallar yaradır. Bu isə öz növbəsində pul-kredit və iqtisadi siyasətin effektivliyini azaldır.

Eyni zamanda Moody's reytinq agentliyi bildirir ki, Gürcüstanın reytinqinin «Ba2» səviyyəsində olması ölkənin güclü iqtisadi və fiskal vəziyyətini göstərir. «Biz gözləyirik ki, Gürcüstanın iqtisadi artımı güclü olaraq qalacaq»-deyə bildirilir. 2021-2023-cü illərdə Gürcüstanın iqtisadi artımı yüksək olub və agentlik gözləyir ki, bu vəziyyət qarşıdakı bir neçə ildə də davam edəcək. 

2024-cü ildə də iqtisadi artım yüksək olub  - ildə 9,4%. 2025-ci ildə iqtisadi artımın 6%-ə düşəcəyi gözlənilir, hətta bu da ümumi trenddən yüksəkdir. 

Ölkənin dövlət borcu da aşağı düşməkdədir – belə ki, bu rəqəm 2020-ci ildə ÜDM-nin 60%-nə bərabər olduğu halda, 2023-cü ildə 39%-ə, 2024-cü ildə isə 36%-ə enib. 2025-2026-cı illərdə bu rəqəmlərin 33-35% arasında olması gözlənilir. 

Buna dövlət borcunun aşağı olması, eləcə də borca yüksək əlçatanlıq səbəb olub. Eyni zamanda bildirilir ki, Gürcüstanın iri maliyyə təşkilatları, o cüslədən Dünya Bankı ilə əməkdaşlığının davam etməsi onun iqtisadi və fiskal dayanıqlığına dəstək verir. Doğrudur, Gürcüstan xarici maliyyələşmədən çox asılıdır. 

Moody's reytinq agentliyi bildirir ki, Gürcüstanda yerli və xarici valyutalar üzrə reytinq Baa1 və Baa3 səviyyələrində dəyişir. Yerli valyutadakı və severen reytinqdəki 4 pilləlik4 fərq dövlətin iqtisadiyyatda iştirakının az olması, ölkədə fəaliyyəti proqnozlaşdırıla bilən güclü institutların olması ilə bağlıdır. Hətta cari hesabın böyük kəsiri və daxili siyasi risklərin olması da buna mane olmayıb. 

Moody's reytinq agentliyinin hesabatında daha bir məqam diqqəti cəlb edir. Burada bildirilir ki, Gürcüstan Rusiya il münasibətlərin gərginləşməsi riskləri qarşısında acizdir. Belə ki, Gürcüstan Rusiya ilə sərhəddir, üstəlik hazırda dondurulmuş olsa da, Abxaziya və Cənubi Osetiya ilə bağlı münaqişələr hələ bitməyib. Nəhayət hazırda Rusiyanın yürütdüyü baş açılması mümkün olmayan siyasət Gürcüstanan hərbi konfliktə cəlb olunması riski yaradır. 

Hesabatda deyilir ki, Gürcüstan demoqrafik və əmək qıvvəsi problemləri qarşısındadır. Bel ki, ölkə əhalisi qocalır, gənclərin iş tapması çətinləşir, təhsil və səhiyyə xərcləri aşağıdır. Eyni zamanda Gürcüstanda kənd təsərrüfatı geniş yayıldığına görə, ölkəyə ekoloji və iqlim riskləri də təsir edir. 

Seçilən
10
fed.az

1Mənbələr