AZ

“Azərbaycanda internet xidmətləri daha əlverişli və rəqabətcil olacaq”

“Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin  istifadəyə verilməsi müsbət addımdır. Çünki “Starlink” peyk rabitə sisteminin  Azərbaycanda fəaliyyət göstərməsi internetə çıxış imkanlarının genişlənməsinə səbəb olacaq”
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı ekspert  Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bununla həm beynəlxalq internet şəbəkəsinə daha asanlıqla qoşulmaq mümkün olacaq, həm internet provayderləri arasında rəqabətin güclənməsinə, həm də keyfiyyətin yüksəlməsinə, qiymətlərin isə tənzimlənməsinə səbəb olacaq:
“Starlink” peyk rabitə sisteminin xidmətləri istifadəyə verilməsi ən azından internet istifadəçiləri üçün müsbət addımdır. Çünki yerli operatorlar da bir tək öz aralarında yox, həm də beynəlxalq bir qurumla rəqabət aparmaq məcburiyyətində qalacaqlar. Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün “Starlink Mini Kit” və ya “Starlink Standard Kit” cihazlarından birini əldə etməlidirlər.Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır. Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib. Gürcüstanda avadanlıq 1780 lari (1094 manat), çatdırılma 235 lari (145 manat), aylıq abunə haqqı isə 160 laridir (98 manat).  Ermənistanda cihazın özü və çatdırılması 499 dollar (848 manat), aylıq abunə haqqı 99 dollardır (168 manat). Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda  qiymətlər daha sərfəlidir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
12
moderator.az

1Mənbələr