AZ

Qabonun keçid dövrü Prezidenti Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Bakı. Trend:

Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter OliqiNqema Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Cənab Prezident.

Müsəlman icmasının müqəddəs Ramazan bayramını qeyd etdiyi birvaxtda Sizə, ailənizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlikvə firavanlıq arzularımı çatdırıram.

Learn More

Ramazan ayı müsəlmanlar üçün sülh, əmin-amanlıq və yüksəkmənəviyyat dövrüdür. Bu ay həm də şəxsi inkişaf mənbəyi, təfəkkürvə ünsiyyət baxımından mühüm əhəmiyyətə malikdir.

Ümid edirəm ki, bu mübarək ay ümumbəşəri paylaşma, həmrəylik vəalicənablıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verəcək, bugünün əsas çağırışları qarşısında fəaliyyətimizi birləşdirəcək.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".

Seçilən
42
28
az.trend.az

10Mənbələr