Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığınaəsasən, Azərbaycan Ordusunda 31 Mart - Azərbaycanlıların SoyqırımıGünü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.
Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, mərasimlərdə əvvəlcə xalqımızın ÜmummilliLideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrundaşəhid olanların, eləcə də soyqırım qurbanlarının xatirələri birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.
Qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləriarasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlifbölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetivə daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılarkütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.
Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı iləhər il martın 31-inin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlətsəviyyəsində qeyd olunduğu diqqətə çatdırılıb.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Birincivitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də Heydər ƏliyevFondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımıdəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyiməqsədyönlü tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji vəMədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdimolunub, fotosərgilər, sənədli filmlər nümayiş etdirilib,ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələroxunub.
Hərbi qulluqçular tərəfindən soyqırım qurbanlarının abidələri,eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətənövladlarının məzarları ziyarət olunub.