AZ

İspaniyada kömür mədənində qəza baş verib, ölənlər var

İspaniyanın Asturiya regionunda kömür mədənində baş verən qəza nəticəsində 5 şaxtaçı ölüb, 4 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, daha iki şaxtaçı heç bir xəsarət almadan sağ çıxarılıb.

Agentlik regionun fövqəladə hallar xidmətlərinə istinadən xəbər verir ki, yerli vaxtla saat 9:32-də (Qrinviç üzrə 07:32) şaxtanın avadanlıqlarında nasazlıq yaranıb və qəza baş berib. Hadisə yerinə 3 helikopter və 2 təcili yardım maşını göndərilib.

Region rəhbəri Adrian Barbon iki günlük matəm elan edib.

Seçilən
36
4
report.az

5Mənbələr