Moldova Xarici İşlər Nazirliyi Dnestryanıda sülhməramlı əməliyyatın idarə olunması üzrə rusiyalı həmsədri ölkədən çıxarır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barə Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov bildirib.
Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinin ittihamlarını əsassız adlandırıb.
Ozerov Kişinyovun Rusiyanın moldovalı müxalifətçi Nesterovskiyə sığınacaq verməsi ilə bağlı iddialarını rədd edib.