AZ

O, yenə vergidən yayınıb?

Karlo Ançelotti növbəti dəfə vergidən yayınmaqda ittiham olunur.

"Football-plus az" xəbər verir ki, “Real”ın baş məşqçisi bununla bağlı məhkəmə qarşısına çıxacaq.

İtaliyalı mütəxəssis 2014 və 2015-ci illərdə yalnız klubdakı maaşına görə vergi ödəyib və əlavə gəlir mənbələri üçün vergi ödəməkdən yayınıb. Borcun ümumi məbləği 1 milyon 62 min avro təşkil edib.

Ançelottinin 4 il 9 ay müddətinə həbs oluna biləcəyi iddia edilir. O, aprelin 2-də Madrid məhkəməsində cavab verməli olacaq.

Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. O, 2013-15-ci illərdə də bu komandaya başçılıq edib.

Seçilən
8
football-plus.az

1Mənbələr