AZ

Kursk torpaqları ingilis minaları ilə çirklənib

Bu barədə Rusiya mediasıməlumat yayıb.“Bars-I” bölməsinin "Stalin" çağırış nişanlı hərbçisi jurnalistlərə açıqlamasında deyib ki, minalar kütləvi şəkildə basdırılıb. İstehkamçının sözlərinə görə, bu köhnə partlayıcıların tərkibində trinitrotoul kimi maddələr də var.

Kurskda çürüyən cəsədlər, Qərb texnikalarının görüntüləri yayıldı- VİDEO
"Bizim qarşımızda ingilislərin "L9A1" tank əleyhinə minaları var. Bu 8 ilə 8,8 kiloqram arasında olan partlayıcıdır. Trinitrotoul kimi maddələr də var",- o qeyd edib.

İstehkamçının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri rus əsgərlərinin yolların kənarları ilə mərmilər daşıya bilməmələri üçün xüsusi mina maneələri də yaradıblar. O qeyd edib ki, əsgərlər yol boyu gizlədilmiş bütün minaları çıxararaq məhv ediblər. "Stalin" onu da vurğulayıb ki, minaları asan şəkildə görmək və tapmaq olmur. Xüsusilə döyüş meydanlarında. ətrafınızda diqqəti yayındıran çoxlu şeylər varsa, minalar asanlıqla hərbçilərin diqqətindən kənarda qala bilirlər: "Ammaəsgərlərimiz onları aşkar edib zərərsizləşdirə bilirlər".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az

Seçilən
4
azvision.az

1Mənbələr