AZ

İran: "Xameneyinin fətvası var, lakin..."

İran lideri Ayətullah Əli Xameneyinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani ölkəsinin nüvə silahı istehsal etmədiyini, lakin ABŞ-nin İrana hücum edəcəyi təqdirdə ictimaiyyətin təzyiqi altında nüvə silahı istehsalına məcbur olacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Əli Laricani dövlət televiziyasında iştirak etdiyi proqramda bu barədə fikirlərini bildirib.

ABŞ-nin ölkəsinə qarşı təhdidlərinə toxunan Laricani deyib ki, İran nüvə silahı istehsal etmək gücünə malikdir, lakin onlar Xamneyinin kütləvi qırğın silahları ilə bağlı fətvasına uyğun olaraq nüvə silahı istehsalına doğru hərəkət etmirlər.

Laricani ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbardın İranın nüvə silahı istehsal etmədiyini göstərən kəşfiyyat məlumatlarının etibarlı olduğunu ifadə etdiyi son çıxışına toxunubğ: "Biz deyirik ki, fətvamız var, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında fəaliyyət göstəririk və silaha əl atmırıq, ancaq İranı buna məcbur edəcəklər".

Laricani ABŞ-yə müraciət edərək "İran bunu etmək istəmir, ancaq siz təzyiq etsəniz, xalq da ölkənin təhlükəsizliyi üçün bunu (nüvə silahı) etmək üçün bizə təzyiq edəcək. Dediyimiz kimi, Agentlik bu yoxlamaları sonsuza qədər davam etdirə bilər, bununla bağlı problemimiz yoxdur, ancaq özünüz və ya İsrail tərəfindən bombardmana getsəniz, İranı öz maraqlarınızda başqa qərarlar verməyə məcbur edəcəksiniz",- deyib.

Seçilən
3
cebheinfo.az

1Mənbələr