Yazıçı, tənqidçi Xaqani Abbasəli iddia edir ki, "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov ona özü haqqında kitab yazdırıb və haqqını ödəməyib.
Bununla bağlı Musavat.com-a danışan X.Abbasəlinin sözlərinə görə, o, Şərur rayonundandır və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür:
“Mənim iş adamı ilə tanışlığım bir dastanıma ön söz yazması ilə bağlı ona müraciətimdən sonra başlayıb. O hətta dastanın çapına da kömək etdi. İsfəndiyar bəy mənə dedi ki, iş adamları haqqında kitablar yazılır. Ona bildirdim ki, barəsində kitab yaza bilərəm. Beləliklə “Sadə iş adamı” adlı kitabı yazıb hazırladım, İsfəndiyar bəyin maliyyə köməkliyi ilə çap olundu. Mən çap olunan kitabların hamısını aparıb onun özünə təhvil verdim. Dedi, görüşərik. Bizim son söhbətimiz bu oldu. Ondan sonra əlüstü görüşdüyümüz olub, amma bu mövzu açılmadı”.
İddiaya münasibət bildirən iş adamı deyib ki, onun haqqında belə bir adda kitab yazılmayıb: ”Mən belə bir kitab görməmişəm, yalan danışır. Elə bir kitab varsa, gətirib bir nüsxə də mənə versin”.
Şahanə Rəhimli,
Musavat.com