Hindistanın Qucarat ştatının Banaskante sənaye zonasında pirotexnik vasitələrin istehsalı fabrikində partlayış olub.
Axar.az xəbər verir ki, bu barədə “Hindistan Tayms” qəzeti məlumat yayıb.
Partlayış nəticəsində azı 7 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Partlayış yerində xilasetmə briqadaları işləyir.