AZ

Məşhur müğənninin qızı atasının dəfni zamanı pisləşdi

Məşhur müğənninin qızı atasının dəfni zamanı pisləşdiKKTC-də verdiyi konsert zamanı səhnədə vəziyyəti pisləşən məşhur sənətçi Volkan Konak aparıldığı xəstəxanada dünyasını dəyişib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu gün İstanbulda mərhum sənətçi ilə vida mərasimi keçirilib.

Mərasimə Konakın sənət yoldaşları axın edib. Sənətçi ilə vida zamanı onun qızı Şimal Konak huşunu itirib. O, ünvana gələn həkim qrupları tərəfindən sakitləşdirilib.

Qeyd edək ki, Volkan Konakın cənazəsi vida mərasimindən sonra məmləkəti Trabzona aparılacaq və orda torpağa tapşırılacaq.

Seçilən
46
sonxeber.az

1Mənbələr