AZ

Fişəng fabriki partladı - Ölənlər var

Hindistanın Qucarat vilayətindəki fişəng fabrikində partlayış baş verib.

Gundem.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hadisə nəticəsində 18 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Zərərçəkənlərin çoxu ağır yanıqlar aldığından ölənlərin sayının artacağı gözlənilir. Rayon icra hakimiyyətinin nümayəndələri və yanğınsöndürənlər də daxil olmaqla xilasedicilər dağıntılar altından cəsədləri çıxarır.

 

Seçilən
216
50
gundem.az

10Mənbələr