AZ

İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim TahaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə şəxsən özadımdan və İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi və qurumlarıadından səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırmaqdanşərəf duyuram.

Uca Allahdan Azərbaycan Respublikasının davamlı tərəqqisi,firavanlığı, İslam ümmətinin əmin-amanlığı, təhlükəsizliyi vərifahı üçün dua edirik.

Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək ehtiramımıqəbul etməyinizi xahiş edirəm".

Seçilən
85
7
az.trend.az

9Mənbələr