AZ

Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri SergeyMəlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikməktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Novruz bayramı münasibətilə səmimi təbriklərimi və ən xoşarzularımı qəbul edin.

Qədim dövrlərdən bəri dünyanın müxtəlif yerlərində yaşayanmilyonlarla insan üçün bu bayram baharın gəlişini, təbiətinoyanmasını, həyatın yenidən başlanmasını, yaradıcılıq gücünüsimvolizə və ifadə edir.

Qonaqpərvərlik və mehriban qonşuluq kimi ən gözəl xalqənənələrini ehtiva edən Novruz bayramı cəmiyyətdə dostluğun vəqarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir.Bu dəyərləri qoruyub saxlamaq və nəsildən-nəslə ötürmək çoxvacibdir. Onlar əbədi mərhəmət, xeyirxahlıq və yaxınlara qayğıgöstərmək ideallarına əsaslanır və bu gün də ümumbəşəri əhəmiyyətəmalikdir.

Qoy yeni bahar Sizin və ölkənizin bütün qardaş xalqı üçün sevincvə xoş dəyişikliklərlə yadda qalsın!

Sizə bahar əhvali-ruhiyyəsi və cansağlığı diləyirəm".

Seçilən
85
3
az.trend.az

5Mənbələr