Bakı, 2 aprel, AZƏRTAC
Hindistanın Qucarat ştatında yerləşən pirotexnik vasitələrin istehsalı fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb.
AZƏRTAC xəbər verir ki, partlayış səbəbindən anbarın bir hissəsi çöküb, bir neçə nəfər dağıntılar altında qalıb.
Polis hadisəylə bağlı araşdırmaları davam etdirir. İlkin məlumata görə, partlayış fişəng istehsalı zamanı baş verib.