Bakı. Trend:
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuünvanlayıb.
Trend xəbərverir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Mübarək Ramazan bayramı münasibətilə Sizə və bütün dostAzərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızıçatdırmaqdan şərəf duyuram.
Tarix boyu bu müqəddəs bayramın adət-ənənələri və yüksək mənəviidealları xalqlarımıza saflıq, paklıq, mərhəmət, tolerantlıq,xeyirxahlıq, qarşılıqlı dəstək, nəciblik və xoşməramlılıq kimidəyərləri təbliğ edib.
Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri vəçoxşaxəli əməkdaşlıq bu mübarək bayramın yüksək dəyərləri sayəsindəxalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra dainkişaf edəcək və genişlənəcəkdir.
Uca Yaradandan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeniuğurlar, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi, firavanlıq,əmin-amanlıq diləyirəm".