İspaniya La Liqası təmsilçilərindən “Real Madrid”in baş məşqçisi Karlo Ancelotti həbs oluna bilər.
Karlo Ancelotti nəyə görə məhkəməyə verilib?
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis vergidən yayınma halına görə məhkəməyə verilib.
Onun 2014-15-ci illərdə “kral klubu”na rəhbərlik etdiyi dövrdə 1 milyon avroluq vergidən yayındığı iddia edilib. 65 yaşlı mütəxəssis indiyədək ona qarşı irəli sürülən ittihamları rədd edib və günahsız olduğunu bildirib.
Məhkəmə Ancelottidən nə tələb edir?
Qeyd edək ki, prokurorluq italyan məşqçiyə 4 il 9 ay həbs cəzası verilməsini, vergi idarəsi tərəfindən həbs yolu ilə vergi borcunun alınmasını və cərimələr daxil olmaqla ümumilikdə 3 milyon 186 min 237 avronun ödənilməsini tələb edib.
AFFA rəsmisi UEFA-dan təyinat alıb
"Fənərbaxça" - "Qalatasaray" matçı bu kanalda
Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçilib
Yarımfinalın ilk matçı: "Neftçi" "Sabah"ı qəbul edir - YENİLƏNİR
“Şəmkir” “Qusar”ı məğlub etdi