AZ

Dəhşətli zəlzələdən sonra Tailandda 288 afterşok qeydə alınıb

Myanmada baş verən zəlzələdən sonra Taylandda 288 afterşok qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Departamenti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Myanmada baş vermiş dağıdıcı zəlzələnin nəticəsidir və Tailand üçün təhlükə yaratmır.

Yeraltı təkanların 131-nin maqnitudası 3,0-3,9 olub. Ölkə 58 dəfə 4,0-4,9, 10 dəfə 5,0-5,9 ballıq zəlzələ ilə silkələnib. Qalan afterşokların maqnitudası 3 baldan az olub.

Xatırladaq ki, martın 28-də Myanmada maksimum maqnitudası 7,7-yə çatan bir neçə güclü zəlzələ baş verib. Dağıntılar nəticəsində 3 min nəfər həlak olub.

Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda da hiss olunub.

Seçilən
258
publika.az

1Mənbələr