ABŞ dollarının Türk lirəsinə nisbəti ilin sonuna qədər 41-42 lirə olacaq.
Publika.az xəbər verir ki, türkiyəli iqtisadçı Hikmət Baydar "RİA Novosti"yə bildirib ki, məzənnə manipulyasiya cəhdlərinə baxmayaraq sabit qala bilib.
"Ekonomim" Mərkəzi Bankın sədri Fatih Karahan ilə videokonfransda iştirak edən mənbələrə istinadən xəbər verib ki, Türkiyə Mərkəzi Bankı ölkədəki etirazlar fonunda lirənin məzənnəsini saxlamaq üçün 25 milyard dollar satıb.
İmamoğlunun həbsi fonunda avronun türk lirəsi ilə məzənnəsi 10%-dən çox bahalaşaraq ilk dəfə olaraq 41 lirəni ötüb. Ərdoğan bildirib ki, hakimiyyət Türkiyədə etirazlar fonunda maliyyə bazarlarında yaranmış təlatümləri aradan qaldırmaq üçün alternativ vasitələrə malikdir.
"Biz ilin sonuna kimi ümumi tendensiyanın 41-42 lirə civarında olacağını gözləyirik. Manipulyasiya cəhdlərinə baxmayaraq, məzənnə sabit qalıb. Mümkündür ki, aylıq olaraq inflyasiyadan aşağı artım olacaq", - bank sektorundakı ekspertlər vurğulayıb.