Ağdama ilk köçün tarixi
Ağdama ilk köçün nə zaman baş tutması ilə bağlı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov AzTV-yə eksklüziv müsahibə verib. Metbuat.az xəbər verir ki, hazırda ilk köçün Xıdırlı və Kəngərli kəndlərinə olması planlaşdırılır. Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilibdir.Ağdam şəhərinin özünə isə oktyabr- noyabr aylarında ilk köç planlaşdırılır. Emin Hüseynov onu da qeyd edib ki, şəhərə 2026-cı ilə qədər 20-25 min əhali köçürüləcəyi nəzərdə tutulub.Ətraflı videoda:


