AZ

Almaniya prezidenti anti-Bakı addımı geri çəkdi: “Məqsəd Azərbaycana yaxınlığı göstərməkdir”

“Almaniya Prezidenti Frank-Valter Ştaynmayer özünü bu məsələlərdə humanist rəhbər şəxs kimi göstərməyə çalışır. Azərbaycana qarşı səhv edib sonradan üzr istəməsi də bunu göstərir. Almaniya dövlətində əsas qərarları verən və ciddi siyasi addımlar ata biləcək səlahiyyət məhz Almaniya kansleri və onun təmsil etdiyi partiyalara məxsusdur”.

Bunu Milli Məclisin deputatı Arzu Nağıyev Editor.az-a Almaniya Prezidentinin jurnalistlərimizin suallarını cavablayarkən söylədiyi fikirlərlə bağlı şərhində deyib.

O bildirib ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin məlum fikirlərində əsas məqsəd Azərbaycana yaxınlığını göstərməkdir:

“Lakin Ermənistanın kompromisə getmək istəməməklə bağlı məsələyə toxunmamasında səbəb Azərbaycanda olmasıdır. Ermənistan rəhbəri ilə görüşdə də eyni addımı atacaqdı. Azərbaycan öz sözünü deyən, qətiyyətli dövlət başçısı olan, sözündən dönməz və müstəqil xarici, daxili siyasi olan dövlətdir. Bizə verilən hər hansı bir məsləhətlə kompromisə getmək mümkün deyil. Bizim məqsədimiz Ermənistanla sülhü bərqərar etməkdir. Bunu Almaniya da daxil olmaqla, bütün dünya ölkələri birmənalı şəkildə qəbul etməlidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
127
editor.az

1Mənbələr