Azərbaycanda daha 2 komanda çempionatdan uzaqlaşdırılıb.
Msport.az xəbər verir ki, U-10 liqasında mübarizə aparan “Lokomotiv” (Ucar) və “Kürdəmir” mövsümün qalan hissəsində çıxış etməyəcək.
“Lokomotiv” “Şamaxı” ilə “Kürdəmir” isə “Çinar”la (Göyçay) matçda vaxtda meydanda olmayıb. Hər iki komanda mövsümdə üçüncü dəfə buna yol verdiyindən yarışlardan kənarlaşdırılıb.
U-13 liqasında isə “Troya” və “Atletico Baku”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Troya” “Təhsil” 8 İOEUGİM ilə görüşə təyin edilən vaxtda çıxmayıb, “Atletico Baku”nun isə “Zirə” ilə matçda heyətində yetərsay olmayıb.