AZ

İki komanda liqadan kənarlaşdırılıb

AFFA U-10 liqasında mübarizə aparan "Lokomotiv" və "Kürdəmir" komandaları yarışdan kənarlaşdırılıblar.

Apasport.az xəbər verir ki, AFFA İntizam Komitəsi bugünkü iclasında belə qərara gəlib.

U-10 liqasında keçirilməli olan "Lokomotiv" (Ucar)- "Şamaxı" oyunu "Lokomotiv"in təyin edilən vaxtda meydanda olmadığı üçün keçirilməyib. Ona görə "Lokomotiv"ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığına görə  sözügedən komanda yarışdan kənarlaşdırılıb.

"Kürdəmir" isə "Çinar"la matçda təyin edilən vaxtda meydanda olmadığı eyni şəkildə cəzalandırılıb.

Rusiya komandaları beynəlxalq yarışlara qayıdır? - İnfantinodan açıqlama

Azərbaycan Kuboku: 21 ildən sonra ilk dəfə

Azərbaycan FİFA reytinqində geriləyib

"Sabah"ın yay planı: Rusiyadan transfer

"Sabah"dan 40-cı qol, 5-ci səfər qələbəsi

Seçilən
136
apasport.az

1Mənbələr