“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın oyunçularının qeydiyyatdan çıxarılacağı ehtimalını şərh edib.
Arena.az məlumat verir ki, daha əvvəl İspaniya La Liqasının rəhbərliyi “blauqrana”nın ispan futbolçuları – 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Daniel Olmo və 23 yaşlı mərkəz hücumçusu Pau Viktorun mövsümün qalan hissəsi üçün qeydiyyatdan çıxarıla biləcəyi ehtimalını istisna etməyib.
İspaniya La Liqası “Barselona”nı, klubun VIP oturacaqlarının satışından əldə etdiyi 100 milyon avro məbləğindəki gəliri maliyyə hesabatına qeyri-hüquqi daxil etməkdə ittiham edir.
Laporta bu məsələ ilə bağlı açıqlama verib:
“La Liqanın bəyanatına gəlincə, sizə deyim ki, bu, “Barselona”nın maraqlarına ziyan vurmaq və klubun simasına xələl gətirmək məqsədli növbəti cəhddir. La Liqanın məktubu əsaslı təhlil edildikdən sonra, klub bunu cavablayacaq. Biz güc müstəvisindən cavab vermək niyyətindəyik, “Barselona”nın maraqlarını müdafiə etmək üçün gərək olan qətiyyətlə.
Daniel Olmonun və Pau Viktorun qeydiyyatının düzgün icra edildiyi, bizim isə federasiyanın və La Liqasının tələblərini yetinə yetirməyimiz haqda bəyanatdan üç ay ötür. Bu, bu gün də hələ də qüvvədədir. Məndə belə bir təəssürat var ki, bu, təsadfi deyil. Bu qəbildən olan mübahisələrin meydana gəlməsi, onların yenilənməsi, mən düşünürəm ki, təsadüfi deyil, bu, klubu tarazlığından çıxarmaq üçün daha bir cəhddir. Onlar bizdən meydanda qazana bilmədiklərini, ofislərdə bizdən qazanmağa çalışırlar”, – AS dərgisi Laportadan sitat gətirir.
Xatırladaq ki, “Barselona” 29 oyundan 66 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir.