AZ

İrina Viner Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimaiPalatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrəKomissiyasının sədri İrina Viner Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu bayram təbiətin oyanmasının, sülh, birlik və əmin-amanlıqyolunda insanlar arasında əlaqələrin möhkəmlənməsinin rəmzidir.

Ənənələrlə və dərin məna ilə dolu bu parlaq bayram müasirdünyada xüsusilə aktual olan qarşılıqlı anlaşmanın, bir-birinəhörmət və dəstəyin vacibliyini xatırladır. Yenilənmə, dirçəliş vəyeni həyat dövrünün başlanğıcını simvolizə edən Novruz qədim tarixəmalikdir və mədəni irsin tərkib hissəsidir.

Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı,xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövlətifəaliyyətinizdə uğurlar arzulayıram. Qoy Novruz ölkənizə vəxalqınıza daha çox firavanlıq və əmin-amanlıq gətirsin!".

Seçilən
153
6
az.trend.az

7Mənbələr