AZ

Kolumbiya Gripen döyüş təyyarələrini almağa hazırlaşır

Bakı. Trend:

Kolumbiya hökuməti İsveçin hərbi-sənaye konserni Saab tərəfindənistehsal edilən 16-24 ədəd JAS 39 Gripen döyüş təyyarəsi almağıplanlaşdırır.

Trend xəbər verirki, bu barədə Cənubi Amerika ölkəsinin hərbi rəhbərliyinə istinadənW Radio radiostansiyası məlumat yayıb.

Məlumata görə, Kolumbiya Hərbi Hava Qüvvələrinin ikincikomandiri, general Karlos Fernando Silva bildirib:
"Bunun nə qədər başa gələcəyini və ödənişin necə həyatakeçiriləcəyini söyləmək hələ tezdir. Gripen təyyarələri KolumbiyaHərbi Hava Qüvvələrinin ehtiyaclarını ən yaxşı şəkildə ödəyir və ənazı 30 il xidmət göstərir."

Gripen təyyarələri, Kolumbiyanın 35 ildən artıq müddətdəistifadə etdiyi İsrail istehsalı Kfir qırıcılarını əvəz edəcək.Hazırda istismarda olan 22 ədəd Kfir təyyarəsinin texniki xidmətiçətinləşib. Bu çətinliklər Kolumbiyanın 2024-cü ilin mayında Qəzzazolağında həyata keçirilən hərbi əməliyyata görə İsraillədiplomatik münasibətləri kəsməsindən sonra daha da artıb.

Xatırladaq ki, Kolumbiya Prezidenti Qustavo Petro bundan əvvəlİsraildən silah alınmayacağını bəyan etmişdi.

Seçilən
33
az.trend.az

1Mənbələr