Bakı. Trend:
Suriyada müvəqqəti dövlət başçısı Əhməd əl-Şaraanın qərarı iləyaxın vaxtlarda ölkədə vitse-prezident vəzifəsi bərpa olunacaq.
Trend xəbər verirki, bu barədə Livanın “Əl Nahar” qəzeti Dəməşqdəki hökumətmənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, əl-Şaraa bu vəzifəyə milli dialoq konfransınınkeçirilməsi üçün hazırlıq komitəsinin fəaliyyətini koordinasiyaedən siyasi müşaviri Müəyyad əl-Kiblavini təyin etməyiplanlaşdırır. Qeyd edək ki, fevralın 24-25-də Dəməşqdə keçirilmişforumda ölkənin müxtəlif regionlarını təmsil edən 600-dən çoxnümayəndə iştirak etmişdi.
Əl-Kiblavi 2011-ci ildə keçmiş prezident Bəşər Əsədinhakimiyyətinə qarşı çıxan mühacirət qüvvələrini birləşdirən SuriyaMilli Şurasının yaradıcılarından biri olub. Daha sonra onunbazasında 2012-ci ildə Suriyanın Müxalif və İnqilabçı QüvvələrininMilli Koalisiyası yaradılıb. Lakin bu qurum rəhbərliyin qərarı ilə2024-cü ilin yanvarında buraxılıb.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyətdəyişikliyi baş verməzdən öncə əl-Kiblavi əl-Şaraa ilə birlikdə,bir zamanlar silahlı qrupların dayağı olmuş İdlib vilayətininşimal-qərbində fəaliyyət göstərirdi.
Suriyanın sonuncu vitse-prezidenti isə 2024-cü il sentyabrın23-dən dekabrın 8-dək bu vəzifəni icra etmiş Feysal Miqdadolub.